Onlayn ictimai-siyasi qəzet
Si Cinpin və Tramp görüşündən böyük razılaşma gözlənilmir — ABŞ-dən AÇIQLAMA
Musavat.com xəbər verir ki, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir Vaşinqton və Pekin arasında ticarət atəşkəsinin uzadılması ilə bağlı yaxın vaxtlarda hər hansı sənədin imzalanmayacağını bildirib.
Qrir iki ölkə liderinin görüşündən böyük bir sövdələşmənin çıxmayacağını diqqətə çatdırıb:
"Biz bu məsələnin müzakirəsini davam etdirəcəyik. Qənaətimiz belədir ki, bu gün razılaşmanın müddəti uzadılmayacaq. Lakin yenə də hələ vaxtımız var. Danışıqların davam edəcəyini gözləyirəm, zənnimcə, hər iki tərəf bunda maraqlıdır".
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ