Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar və Ukrayna faydalı qazıntıların birgə hasilatı üzrə ilk rəsmi sazişə imza atıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sazişə əsasən, ukraynalı biznesmen Gennadi Butkeviçə məxsus "BGV Group" şirkətinin investisiya platformasına təxminən 30 milyon dollar vəsait yatırılacaq. Ayrılan bu nəhəng maliyyə resursu Ukrayna ərazisində uran, berillium, sirkonium və digər nadir torpaq elementlərinin kəşfiyyatı və hasilatı layihələrinin reallaşdırılmasına yönəldiləcək.
Bu müqavilə Vaşinqton və Kiyev tərəfindən Ukraynanın təbii sərvətlərinə birgə sərmayə qoyuluşu məqsədilə təsis edilmiş xüsusi fondun ilk konkret və praktiki layihəsi kimi tarixə düşüb.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ