İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev demokratların rəhbərlik etdiyi ştatlardan Milli Qvardiyanı çıxardı

ABŞ administrasiyası Los-Anceles (Kaliforniya), Çikaqo (İllinoys) və Portland (Oregon) şəhərlərindən Milli Qvardiya qoşunlarını geri çəkib.

Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti yayıb.

Nəşrin məlumatına görə, Milli Qvardiya bölmələrinin geri çəkilməsi "keçən ayın sonlarında Ağ Ev və ya Pentaqon tərəfindən heç bir ictimai açıqlama olmadan sakitcə həyata keçirilib".

Qəzet Milli Qvardiya qoşunlarının geri çəkilməsinin prezident Donald Tramp və Pentaqon katibi Pit Heqsetin mövqeyində "əhəmiyyətli bir dəyişiklik" kimi qiymətləndirib.

Onlar "geniş yayılmış cinayətkarlıqla mübarizə aparmaq və immiqrasiya qanunvericiliyini dəstəkləmək üçün" Amerika şəhərlərinə qoşunların yerləşdirilməsinin vacibliyində israr edirdilər. Nəşr vurğulayır ki, təxminən 2500 Milli Qvardiya əsgəri hələ də Vaşinqton küçələrində patrul xidməti göstərir.

Yanvarın əvvəlində Tramp konkret bir müddət göstərmədən Milli Qvardiyanın Çikaqo, Los-Anceles və Portlanddan geri çəkilməsi planlarını açıqlamışdı. Bu şəhərlər hazırda müxalifət Demokrat Partiyasının nümayəndələri tərəfindən idarə olunur. Onlar Vaşinqton administrasiyasını miqrantlara qarşı həddindən artıq sərt tədbirlər görməkdə ittiham edirlər. Yanvarın sonlarında Konqresin Büdcə İdarəsi 2025-ci ildə ABŞ şəhərlərində küçələri patrul etmək üçün Milli Qvardiya bölmələrinin yerləşdirilməsinin ölkəyə 496 milyon dollara başa gələcəyini açıqlayıb.

Qoşunların yerləşdirildiyi ştatlarda məhkəmələr bu addımların qanunsuz olduğuna dair qərarlar qəbul ediblər. Eyni zamanda bu addımlar bütün ölkədə hazırkı administrasiyaya qarşı narazılığın güclənməsinə səbəb olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR