İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən rəsmi açıqlama: İran bu həftə ABŞ-la təcili görüş tələb etdi

İran Xarici İşlər Nazirliyinin təkziblərinə baxmayaraq, rəsmi Vaşinqton Tehranın bu həftə ABŞ ilə yüksək səviyyəli danışıqların keçirilməsi üçün rəsmi müraciət etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə verdiyi brifinqdə ABŞ və İran arasında pərdəarxası diplomatik gərginliyin real təfərrüatlarını açıqlayıb. Levitt rəsmi Vaşinqtonun nümayəndə heyətinin təcili olaraq Qətərə yola düşəcəyini təsdiqləyib: "Prezident Donald Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşner yüksək səviyyəli strateji görüşlər keçirmək məqsədilə Dohaya uçacaqlar. Bu irimiqyaslı danışıqlar çərçivəsində tərəflər arasında Hörmüz boğazı və regional təhlükəsizliklə bağlı işçi qruplarının texniki müzakirələri də baş tutacaq".

Mətbuat katibi ABŞ-ın regionda atəşkəs rejiminin şərtlərinə tam əməl etdiyini, lakin rəsmi Tehranın və onun proksilərinin dəniz ticarətinə təhdid yaratmaq cəhdlərinin cəzasız qalmayacağını kəskin şəkildə vurğulayıb: "Biz öz tərəfimizdən əldə olunmuş atəşkəs razılaşmasının hər bir bəndinə tam riayət edirik. Lakin beynəlxalq sularda ticarət gəmilərinə qarşı hərbi hücumlar həyata keçirildi və biz bu təxribatlara adekvat şəkildə hərbi cavab verdik. Hər kəs bilməlidir ki, bundan sonra da istənilən zorakılıq aktı bizim tərəfimizdən daha böyük zorakılıqla qarşılanacaq". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR