Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici işlər nazirləri bu gün Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindədirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və müdafiə nazirlərinin görüşünə gələrkən Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas deyib.
"Biz bu gün Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindəyik", - Kallas bildirib.
Qeyd edək ki, ötən həftə Yaxın Şərqdə səfərdə olan ABŞ prezidenti Donald Tramp da ölkəsinin Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ