Onlayn ictimai-siyasi qəzet
Tiranada Albaniya hökumətinin Adriatik sahilindəki Vjosa-Narta təbiət qoruğunda kurort inkişafı layihəsinə qarşı hökumət əleyhinə mitinqlər 130 gündür ki, ardıcıl olaraq davam edir.
Musavat.com ATA agentliyinə istinadən xəbər verir ki, etirazçılar Skanderbeq meydanında toplaşaraq Baş nazir Edi Ramanın ofisinə doğru yürüş ediblər.
Onlar seçki qanunvericiliyində dəyişikliklər edilməsini, qorunan təbiət əraziləri haqqında qanuna edilən düzəlişlərin ləğv edilməsini və baş nazirin istefasını tələb etməyə davam edirlər.
Albaniyada etirazlar may ayının sonlarında tikinti şirkətlərinin kurort ərazisində tikanlı məftillərlə çəpərlər çəkərək çimərliyə girişi bağlamasından sonra başlayıb. Ətraf mühit təşkilatları etirazlarda iştirak edir və bir çox nümayişçi qorunan ərazidə yaşayan çəhrayı flaminqoların şəkillərindən istifadə edir. Bu, bəzi Qərb mediasının etirazları "flaminqo inqilabı" adlandırmasına səbəb olub. 7 iyunda Rama Albaniya hakimiyyətinin etirazlara baxmayaraq kurort tikintisi layihəsini davam etdirmək niyyətində olduğunu açıqlayıb. Aparıcı müxalifət Albaniya Demokratik Partiyasının sədri Sali Berişa etirazları dəstəklədiyini bildirib.
Daha əvvəl Albaniyanın Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerə məxsus Affinity Partners investisiya şirkəti tərəfindən kurorta çevrilmək istəyən bu qorunan ərazinin statusunda dəyişikliklərlə bağlı araşdırma başladıb. Layihəyə yaşayış olmayan Sazan adası və bir neçə yüz hektar qorunan torpaq daxildir.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ