İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Dudayeva Arzuman Abdulkərimovun təklifinə BELƏ REAKSİYA VERDİ

Əfsanəvi çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi, Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti, Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı Cövhər Dudayevin İsveçdə yaşayan həyat yoldaşı Alla xanım Dudayeva “Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Arzuman Abdulkərimovun Azərbaycanda Çeçen xalqının böyük oğlu, milli mücahid Cövhər Dudayevin heykəlinin ucaldılması təklifinə görə minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, təklifə münasibətini bildirən A. Dudayeva Avrasiya.net-ə deyib:



"Əgər Azərbaycanda Cövhər Dudayevin abidəsi ucaldılarsa, bu, təkcə ona deyil, həm də 400 il ərzində şər və zorakılıq imperiyası olan Rusiyaya qarşı müqavimət göstərmiş bütün Çeçen xalqına ehtiram ifadəsi olacaq.

Dünyanın iyirmi ölkəsində belə abidələr mövcuddur. Onlar gənc nəslə bütövlükdə Çeçen xalqının qəhrəmanlığını və azadlıq uğrunda mübarizəsini xatırladır. Və bu, əsrlər boyu nəsillərin yaddaşında qalacaq. Əlbəttə, mən bu təklifə görə həmin şəxsə çox minnətdaram".

Xatırladaq ki, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin xatirəsini əbədiləşdirmək üçün dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyə, Litva, Estoniya və Ukraynada heykəllər, xatirə lövhələri (memorial daşlar) və parklar mövcuddur.


Arzuman Abdulkərimov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR