İnsanlara hürriyət, millətlərə istiqlal!

"Allah mənə səhnədə olmağı nəsib etsin"

Əməkdar artist Nahidə Orucova 65 illik yubileyi ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında teatr səhnəsində fəaliyyətinin 48, ömür yolunun isə 65 ilini qeyd etdiyini bildirib.

Nahidə Orucova sənət yolunda qazandığı ən böyük sərvətin tamaşaçı sevgisi olduğunu vurğulayaraq ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Aktrisa qeyd edib ki, yubileyi münasibətilə iyulun 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının növbəti nümayişi ona həsr olunub. Tamaşadan sonra teatrın kollektivi tərəfindən təbrik edilən sənətçiyə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin "Fəxri fərman"ı, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı təqdim olunub.

Orucova paylaşımında teatrın rəhbərliyinə, həmkarlarına, sənət dostlarına və illərdir onu alqışları ilə dəstəkləyən tamaşaçılara təşəkkür edib. O, "Arşın mal alan" tamaşasında canlandırdığı "Cahan xala" obrazının onun üçün xüsusi yer tutduğunu da vurğulayıb.

Sənətçi paylaşımını "Allah mənə yenə səhnədə olmağı, sizlərin sevgisini hiss etməyi və Azərbaycan teatrına xidmət etməyi nəsib etsin. Bu, mənim üçün unudulmaz və qürurverici bir gecə idi" sözləri ilə tamamlayıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR