Onlayn ictimai-siyasi qəzet
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada “Globus” hipermarketlər şəbəkəsini idarə edən “Hyperglobus” şirkətinin müşahidə şurasına qoşulub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, şirkətə Rusiya bazarında uzunmüddətli fəaliyyətinin planlaşdırılmasında kömək edəcək.
“Hyperglobus”-un sahibi və “Globus Holding”in səhmdarı Tomas Bruks keçmiş kanslerin müşahidə şurasında iştirakını ekspert dəstəyinin gücləndirilməsi zərurəti ilə izah edib.
Onun fikrincə, Şröderin təcrübəsi dialoq yönümlü yanaşmanı qorumağa və konstruktiv həllər tapmağa kömək edəcək.
RBC-nin məlumatına görə, 2025-ci ilin sonunda Rusiyanın səkkiz bölgəsində 22 “Globus” hipermarketi fəaliyyət göstərirdi.
Gerhard Şröder əvvəllər “Rosneft” və “Şimal axını” qaz kəmərini idarə edən şirkətin rəhbərliyində çalışıb.
Almaniyadakı bir çox müşahidəçi onu Rusiya enerji şirkətlərinin maraqlarını müdafiə edən lobbiçi hesab edir. Bundan başqa, Şröder RF prezidenti Vladimir Putinin şəxsi dostu hesab olunur.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ