İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara İsrail prezidenti üçün hava məkanını BAĞLADI

Türkiyə İsrail prezidenti İshaq Hersoqun Astanaya uçuşu üçün təyyarənin ölkə səmasından keçməsinə icazə verməyib.

Musavat.com "HavasosyalMedya"ya istinadən xəbər verir ki, Ankaranın imtina etməsi səbəbindən uçuş marşrutunu dəyişmək məcburiyyətində qalan təyyarə Avropa və Rusiya üzərindən hərəkət edib.

Məlumata görə, rəsmi Ankara ölkənin hava məkanının İsrailin rəsmi nümayəndə heyətləri üçün bağlandığını təsdiqləyib.

Bildirilib ki, İsrailin aviaşirkətləri Türkiyə səmasından yalnız tranzit reyslər üçün istifadə edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR