Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyədə yerləşdirilən Rusiyaya məxsus S-400 zenit-raket komplekslərinin Moskvanın dost saydığı ölkələrdən birinə köçürülməsi ehtimalının gündəmdə olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Kreml rəsmisi məsələ ilə bağlı tərəflər arasında müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.Mətbuat katibi mövzuya dair açıqlamasında bildirib: "Müvafiq işlər aparılır və lazım olan diplomatik-hərbi təmaslar reallaşdırılır".
Kremlin bu açıqlaması xarici işlər naziri Sergey Lavrovun daha əvvəl səsləndirdiyi bəyanatın ardınca gəlib.
Ekspertlərin fikrincə, Türkiyəyə satılmış S-400 komplekslərinin reeksportu və ya başqa dost ölkəyə yerləşdirilməsi mövzusu Ankara ilə Vaşinqton arasında F-35 qırıcıları proqramı ətrafında gedən danışıqlara və NATO daxilindəki hərbi balanslara birbaşa təsir edə bilər.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ