Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla evliliyə son qoyan Anna Akopyan ictimai fəaliyyəti ilə medianın gündəminə gəlib. O, qadınlara qarşı zorakılıqla mübarizə hərəkatının bir hissəsi olaraq Qafan şəhərinə səfər edib.
Musavat.com “Hraparak”a istinadla bildirir ki, Akopyan ardınca Qacaran şəhərində yerləşən fabrikə baş çəkib.
Erməni nəşri yazır ki, nə Akopyan, nə də köməkçisi Talin Topalakyan səfərlə bağlı açıqlama verib.
O, Qafanda keçirilən görüşdə gördüyü vacib işlərdən danışıb, müəllifi olduğu layihəni reklam edib, onun həyata keçirilməsinin ailələri xilas edəcəyini və gücləndirəcəyini bildirib.
Yeri gəlmişkən, layihə bu həftə parlamentdə müzakirə olunacaq. Akopyanın baş çəkdiyi şəhərlər Qərbi Zəngəzur əraziləridir.
Xatırladaq ki, 17 fevral 2026-cı ildə Akopyan özünün və Paşinyanın vətəndaş nikahının başa çatdığını elan etmişdi. Anna “Hər kəsdən bu mövzuda təmkinli və düzgün olmağı xahiş edirəm" deyə sosial media hesabında yazmışdı.
23 aprel 2026-cı ildə jurnalistlərlə keçirdiyi brifinqdə Paşinyan ailəsini qorumaq üçün səylər göstərdiyini və daha bir şans qazandığına görə şad olduğunu bildirmişdi. Seçki ərəfəsində isə Gümrü şəhərində keçirilən konsert proqramında birgə görünüblər.
Anna Vaçiki Akopyan 1 fevral 1978-ci ildə İrəvanda doğulub. Anna Akopyan İrəvan Dövlət Universitetində təhsil alıb. Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktoru olub.
O, Paşinyanla hələ gənclik illərindən, tələbəlik dövründə tanış olublar. Onların tanışlığı İrəvan Dövlət Universitetində baş verib. Tanışlıqları qısa müddətdə münasibıtəı çevrilib və sonradan ailə qurublar.
Akopyan keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal iştirak edənlərdən olub.
Anna-Nikol cütlüyünün 4 övladı var. Ailən böyük övladı Mariam Paşinyandır. Yeganə oğlulları isə Aşot Paşinyandır. Digər qızları isə Şuşan və Arpi Paşinyandır.
Emil Salamoğlu
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ