Onlayn ictimai-siyasi qəzet
“Aşk-ı Memnu” serialında “Cəmilə” obrazını canlandıran Pelin Ermiş illər sonra dəyişən görünüşü ilə yenidən diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, Beren Saat və Kıvanç Tatlıtuğun baş rollarda çəkildiyi serialdakı ifası ilə tamaşaçıların yaddaşında qalan aktrisanın son fotosu maraqla qarşılanıb.

Pelin Ermiş “Aşk-ı Memnu”dan sonra da aktyorluq karyerasını davam etdirərək müxtəlif televiziya layihələrində rol alıb. O, “Vazgeç Gönlüm”, “Adını Feriha Koydum”, “Emir’in Yolu” və “Hangimiz Sevmedik” kimi seriallarda kamera qarşısına keçib.
Qeyd edək ki, 2008-ci ildə “Kanal D”də yayımlanmağa başlayan “Aşk-ı Memnu” Türkiyə televiziya tarixinin ən çox xatırlanan seriallarından biri hesab olunur. Ekran əsəri 2010-cu ildə final edib.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ