İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitler Mussolini seçkilərdə qalib gəldi 

Peruda keçirilən yerli seçkilərdə Adolf Hitler və Benito Mussolininin adlarını birləşdirən siyasətçi qalib gəlib. Qeyri-adi adı ilə diqqət çəkən Hitler Mussolini Simeon Flores ölkənin And dağları bölgəsində yerləşən Keropalka rayonunun meri seçilib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Prosesləri İdarəsinin (ONPE) rəsmi portalında məlumat dərc olunub.

Səslərin 100 faizinin hesablanmasından sonra sol-mərkəzçi “Ahora Nación” partiyasının namizədi Hitler Mussolini Simeon Flores 229 səs toplayaraq 34,54 faiz nəticə ilə birinci yeri tutub.

Onun əsas rəqibi, sağçı “Renovación Popular Perú” partiyasından Qaspar Benilde Osorio Sambrano isə 204 səs əldə edib.

Seçkilərdə ümumilikdə 700-dən bir qədər çox seçici iştirak edib.

Namizədin rəsmi məlumatlarına əsasən, Hitler Mussolini Simeon Flores Perunun mərkəzi hissəsində, paytaxt Limadan təxminən 360 kilometr məsafədə yerləşən Uanuko bölgəsində anadan olub.

Maraqlıdır ki, Peruda Hitler adını daşıyan siyasətçinin seçkilərdə qalib gəlməsi ilk dəfə baş vermir.

2018-ci ildə ölkənin Yunqar rayonunda Hitler Yesklin Alba Sançes mer seçilmişdi. Həmin seçkilərdə onun rəqibi isə Lenin Vladimir Rodriqes Valverde adlı namizəd olmuşdu.

Hitler Alba Sançes seçki kampaniyasını “Mən yaxşı Hitlerəm” şüarı altında aparmışdı.

Beləliklə, Peruda tarixin ən məşhur diktatorlarının adlarını daşıyan şəxslərin siyasi fəaliyyətə qoşulması və seçkilərdə qalib gəlməsi yenidən beynəlxalq medianın diqqətini çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR