Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Oman körfəzində İranın dəniz blokadasını pozmağa cəhd edən ticarət gəmisini sıradan çıxarıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşıb: "ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən M/V Ocean Molica (Arika Sun kimi də tanınır) yük gəmisinin arxa hissəsini dəqiq idarə olunan sursatla vuraraq onun hərəkət sistemini sıradan çıxarıb, heyətə zərər dəyməyib. Böyük yük gəmisi əvvəllər İran limanından yola düşmüşdü və regional sularda tranzit etməyə çalışırdı".
Komandanlığın məlumatına görə, iyulun ortalarında İrana qarşı blokadanı bərpa etdikdən bəri ABŞ ordusu dörd kommersiya gəmisini sıradan çıxarıb və daha 135 gəminin hərəkətinə imkan verməyib.
Qeyd edək ki, dünən SEPAH hadisəni Hörmüz boğazından onlarla razılaşdırmadan keçməyə çalışan tankerin minaya düşməsi kimi təqdim edib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ