Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya İT nəhəngi Yandex-in daha bir data-mərkəzini sıradan çıxarıb.
Musavat.com xəbər verir ki, Vladimir vilayətindəkli mərkəzə hücumu Rusiya rəsmiləri də təsdiqləyiblər.
Zərbələr "Yandex"-in 2880 İT rəfi üçün nəzərdə tutulmuş 50 MVt gücündə məlumat mərkəzini hədəf alıb.
Şirkətin yaydığı açıqlamadan aydın olur ki, Vladimirdəki məlumat mərkəzi dron hücumu nəticəsində tamamilə bağlanıb; şirkət bildirib ki, heç kim xəsarət almayıb. Zərbədən sonra Yandex Alice, Yandex Music və Yandex Telemost fəaliyyətini dayandırıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ