İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB sammitinin gizli gündəmi nə olub?

Türkmənistanın Avaza şəhərində MDB Dövlət Başçıları Şurasının başa çatan sammitində iqtisadi əməkdaşlıq, təhlükəsizlik və humanitar məsələlərlə yanaşı, postsovet məkanının gələcək siyasi istiqamətləri baxımından da əhəmiyyətlidir əhəmiyyətli mövzular müzakirə olunub. Musavat.com Rusiyanın “SP”nəşrinə istinadən xəbər verir ki, sammitdə miqrasiya və hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Rusiya üçün əmək miqrasiyası həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. MDB ölkələri üçün isə Rusiyada çalışan vətəndaşlarının hüquqlarının qorunması, əmək bazarına çıxış və miqrasiya qaydalarındakı dəyişikliklər mühüm məsələlərdir.
На фото: президент РФ Владимир Путин и президент Таджикистана Эмомали Рахмон (справа налево) во время саммита Совета глав государств-участников СНГ в расширенном составе.

Sammitin rəsmi gündəliyindən kənara çıxan əsas məsələlərdən biri rus dilinin MDB ölkələrində vəziyyətidir. Təsadüfi deyil ki, toplantıda Hökumətlərarası Rus Dili Təşkilatının baş katibi Nataliya Boçarovanın məruzəsi dinlənilib. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB ölkələrini birləşdirən mühüm amil kimi təqdim edib. Aydındır ki, Moskva üçün bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tarixi, mədəni və siyasi əlaqələrin qorunması alətidir.
Nəşr yazır ki, MDB daxilində Rusiyaya münasibətdə fərqli yanaşmalar da mövcuddur. Bəzi dövlətlər Moskva ilə sıx siyasi və təhlükəsizlik əlaqələrinə üstünlük verir, digərləri isə Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirməklə yanaşı, digər güc mərkəzləri ilə əlaqələrini genişləndirirlər. Üçüncü istiqamətdə milli suverenliyi və xarici siyasətdə sərbəst qərarverməni ön plana çəkən ölkələr dayanır.

Picture backgroundTarix elmləri doktoru və Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Boris Şmelev nəşrə deyib ki, MDB ölüdən daha çox canlıdır: “Əlbəttə ki, Birliyin yarandığı dövrdə qarşıya qoyduğu məqsədlərlə hazırkı fəaliyyəti arasında böyük bir uçurum var. 1991-ci ildə Alma-Ata Bəyannaməsi ortaq hökumət və vahid iqtisadi münasibətlər sistemi olan yumşaq konfederasiya prinsiplərini təsbit etdi. Bu, nəticə vermədi...Bu gün MDB daha çox qərarların məcburi olmayan şəkildə həyata keçirildiyi bir forumdur. Amma mən yenə də bunu silib atmazdım, çünki o, postsovet məkanında birləşdirici azsaylı elemetlərdən biridir. Postsovet məkanı vahid geosiyasi sahə deyil. Mən MDB-nin tərkibində olan və olan ölkələri üç qrupa bölərdim. Biri Transatlantik əməkdaşlığa və AB üzvlüyünə sadiqdir. Bunlar artıq təşkilatda olmayan Gürcüstan və Ukraynadır. Moldova da bu sıradadır. İkinci qrup dövlətlər Rusiya ilə inteqrasiyaya təırəfdardır, lakin onu hərbi və ya siyasi cəhətdən dəstəkləmir. Bunlar Azərbaycan, Türkmənistan və Özbəkistandır. Üçüncü qrup Rusiya ilə həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən əməkdaşlıq edən ölkələri əhatə edir. Bunlar Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və müəyyən şərtlərlə Ermənistandır”.

Qeyd edək ki, Azərbaycan üçün isə əsas məsələ regional əməkdaşlıq imkanlarından yararlanmaqla müstəqil xarici siyasət kursunu qorumaqdır. MDB daxilində fərqli maraqların mövcudluğu nəqliyyat, ticarət və enerji sahələrində yeni imkanlar yarada bilər, lakin böyük güclər arasındakı rəqabət diplomatik balansı da vacib edir. Görünən budur ki, Rusiyanın postsovet məkanında təsirini qorumaq istəyi ilə üzv dövlətlərin milli maraqları arasında münasibətlər gələcəkdə də Birliyin gündəliyini müəyyənləşdirən əsas amillərdən biri olaraq qalacaq...

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR