İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyada DƏHŞƏTLİ QƏZA: Turist avtobusu aşdı, 17 nəfər xəsarət aldı

Türkiyənin Antalya bölgəsində turistləri daşıyan sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, İsparta–Antalya magistral yolunda hərəkətdə olan avtobusun aşması nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

İlkin məlumatlara görə, qaza baş verən anda nəqliyyat vasitəsinin salonunda ümumilikdə 23 sərnişin olub. Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürən və polis briqadaları cəlb olunub. Həkimlər qəza yerində vəziyyəti ağır olan bir nəfərə ilkin tibbi yardım göstərərək onu xəstəxanaya təxliyə ediblər. 

Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, avtobusun aşdığı magistral yolun həmin hissəsində hərəkət tamamilə məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri görülüb. Qəzanın başvermə səbəbləri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR