Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Amerika Psixoloji Assosiasiyasının apardığı genişmiqyaslı araşdırma qısa video platformalarının — TikTok, Instagram Reels və YouTube Shorts-un insan beynində “brain rot” adlanan neyrokognitiv sindroma səbəb olduğunu təsdiqləyib.
Bu termin müasir elmdə informasiyanın həddindən artıq istehlakı nəticəsində beyinin funksional zəifləməsini ifadə edir.
71 müxtəlif tədqiqatdan götürülmüş 98 299 iştirakçı üzrə məlumatların təhlili göstərib ki:
qısa videolara davamlı baxış diqqət səviyyəsini aşağı salır;
impulsların idarə edilməsini çətinləşdirir;
ardıcıl dopamin partlayışları sinir sistemini yükləyir və tükəndirir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu proses uzunmüddətli perspektivdə narahatlıq, panik ataklar və düşünmə qabiliyyətinin zəifləməsi kimi ciddi psixoloji fəsadlara yol aça bilər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ