Onlayn ictimai-siyasi qəzet
“Ümid edirəm və inanıram ki, futbolçularımız Litvaya qalib gəlmək üçün əllərindən gələni edəcəklər”.
Bu sözləri Azərbaycan futbolunun əfsanəsi, “Sabah”ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Offsideplus.az-a açıqlamasına deyib.
“Azərbaycan - Tacikistan oyunu heç bir gözlənilməz nəticə olmadan keçdi. Əsas odur ki, millimiz qalib gəldi. Bu qələbə Litva yığmasına qarşı oyun öncəsi komandamıza inam verəcək. Ümid edirəm və inanıram ki, futbolçularımız həmin matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Asan olmayacaq, amma asan oyun da olmur. Millimizə yaxşı, inamlı oyun və qələbə arzulayıram”, - Ponomaryov bildirib.
Qeyd edək ki, Millətlər Liqasının D liqasında Azərbaycan milli komandası sabah 17:00-da Litvanın qonağı olacaq.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ