Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin ilk doqquz ayı ərzində Avropa İttifaqı (Aİ) Rusiyadan 7,88 milyard avro dəyərində rekord həcmdə maye edilmiş təbii qaz (LNG) alıb.
Mütləq rəqəmlərlə bu, 12,14 milyon ton təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Musavat.com xəbər verir ki, Euronews-un məlumatına görə, əsas alıcılar Fransa, Niderland və Portuqaliya olub.
Satınalma həcmləri 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Rusiya LNG-sinin idxalına tam qadağa ərəfəsində görülən hazırlıqlar fonunda artıb.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ