İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avropa Parlamenti xarab olmuş printerdir"-Mariya Zaxarovadan Bakının qərarına dəstək

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsmək barədə qərarını şərh edərək, rəsmi Bakının bu addımını tam müdafiə edib.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu qərarın Bakının suveren hüququ olduğunu və onlarda heç bir təəccüb doğurmadığını bildirib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələri kəskin tənqid edən diplomat, bu sənədlərin "siyasiləşmiş və saxta" olduğunu vurğulayıb. "Bu struktur xarab olmuş printer kimi sonsuz sayda belə sənədlər çap edir", — deyə Zaxarova qeyd edib.

O, həmçinin əlavə edib ki, Avropa Parlamentinin üçüncü ölkələrlə danışıq tərzi təkəbbürlüdür və metropoliyanın öz müstəmləkələri ilə ünsiyyətini xatırladır.

Rusiya rəsmisinin sözlərinə görə, bu struktur çoxdan Brüsselin "ultraliberal" ideyalarının ruporuna çevrilib və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Zaxarova Avropa Parlamentini saxta xəbərlər yaymaqda, söz azadlığını boğmaqda və tarixlə manipulyasiya etməkdə ittiham edib. Bununla belə, o, Azərbaycanın digər Avropa strukturları ilə dialoqu davam etdirdiyini və bunun da Bakının müstəqil xarici siyasət seçimi olduğunu diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR