İnsanlara hürriyət, millətlərə istiqlal!

Aynur ABŞ-də 300 dollar cərimələndi - VİDEO

ABŞ-yə köçən aparıcı Aynur Talıbova Tahoe gölünə səfəri zamanı cərimələnib.

Aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, avtomobili səhv yerdə saxladıqları üçün 300 dollar cərimələndiklərini bildirib. Əlavə 53 dollar isə parklanma haqqı ödəyib.

A.Talıbova bildirib ki, Tahoe gölünü ziyarət onlara 353 dollara başa gəlib:

“Ölmədən öncə dünyada görülməsi lazım olan yerlər var. Tahoe gölü Kaliforniyanın kəşf edilməli yerlərindən biridir. Tahoe gölü iki ştatın ərazisində yerləşir. Maşını baxmadan səhv yerdə saxlamışıq. Nəticədə bizə 300 dollar (təxminən 510 manat) cərimə yazıldı. Üstəlik, parklanma üçün 53 dollar (təxminən 90 manat) ödəmişik”. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR