Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Norveçi və Norveç Nobel Komitəsini ona Sülh Mükafatını vermədiklərinə görə kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, o, Nyu-Yorkun Sirakuz şəhərində tərəfdarları qarşısında çıxış edərkən bu barədə danışıb: "Prezident kimi təmsil etdiyim Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatını almalı idi, amma almadı. Bu, Norveç və belə bir utancverici qərar verən insanlar üzərində silinməz bir ləkədir. Nobel Sülh Mükafatı antidemokratik baxışlara sahib və sivilizasiyanın düşməni olan bir qrup radikal ideoloq tərəfindən əbədi olaraq etibarsız hala gətirilib. Norveçi unutmayacağıq ki, siz bu mükafatı və tarixin ən böyük nailiyyətlərini əldən verdiniz. Hər həll olunmuş müharibə üçün səkkiz Nobel Mükafatı almalı idik".
Tramp "bütün bu inanılmaz nailiyyətlərə" baxmayaraq, Nobel Sülh Mükafatının 2008-ci ildən 2014-cü ilə qədər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışmış Cənubi Afrikalı vəkil və insan haqları fəalı Navanethema Pillaya verilməsindən təəssüflənib. Tramp onu "BMT-də heç kimin eşitmədiyi liberal insan" adlandırıb: "Mən bu insan haqqında heç vaxt eşitməmişəm; mən çox insan tanıyıram, amma onun haqqında heç vaxt eşitməmişəm. Hər halda, təbrik edirəm".
Qeyd edək ki, Norveç Nobel Komitəsi Pillaya "sülhün təşviqi və beynəlxalq hüququn qorunması səylərinə görə" Nobel Sülh Mükafatı vermək qərarına gəldiyini açıqlayıb. 85 yaşlı Pillay Cənubi Afrika Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim vəzifəsində çalışıb. O, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb və bu yaxınlara qədər BMT-nin İşğal Edilmiş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərlik edib. Pillay hazırda Beynəlxalq Ədalət Məhkəməsində hakimdir və Myanmanın soyqırımda ittiham olunduğu işə sədrlik edir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ