İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan dəhlizi, Türkiyə Turan yolunu qazandı” – İrəvandan 8 avqust üsyanı

Ermənistanda 8 avqust Vaşinqton razılaşmalarının ildönümü fonunda hakimiyyətin sülh siyasətinə qarşı sərt ittihamlar səsləndirilib.

Musavat.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Vaşinqton razılaşmalarının ildönümü ilə bağlı müsahibəsində deyib.

Zakaryanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh barədə deyilənlər hakim partiyanın əlində olan əsas təbliğat vasitəsidir. O hesab edir ki, Ermənistanın heç bir imkan və vasitə olmadan sülhə hazırlaşması sadəlövhlükdür.

Keçmiş nazir müavini 8 avqust razılaşmasının tərəflər üçün fərqli məqsədlər daşıdığını bildirib:

“8 avqust razılaşması Azərbaycana dəhliz kommunikasiyalarını əldə etmək, Türkiyəyə ‘Turan yolu’na çıxış qazanmaq, Vaşinqtona isə Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq və Mərkəzi Asiya istiqamətində öz kommunikasiya təsirini genişləndirmək üçün lazım idi. Ermənilər üçün isə başqa heç nə qalmadığından Nikol Paşinyan ‘sülh müqaviləsi’ terminini düşünüb tapdı”.

Artak Zakaryan hesab edir ki, regiondakı mövcud proseslər fonunda yalnız şifahi razılaşmalara güvənmək mümkün deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR