Onlayn ictimai-siyasi qəzet
Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlayıb.
Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ