İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən xəbər verilib.

Qeyd edlib ki, bununla əlaqədar hazırda İran İslam Respublikasından Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycan Respublikasından İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR