İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mahnısı ilk dəfə Hollivudda səsləndi

Azərbaycanlı müğənni Dilarə Kazımovanın ifa etdiyi “Dəli” mahnısı Hollivud istehsalı olan “The Fix” (“Qisas əməliyyatı”) filmində səsləndirilib.

Musavat.com xəbər verir ki, Liam Nison, Zakari Levi, Elnaz Norouzi və Numan Acarın rol aldığı ekran əsərində Azərbaycan musiqisinin yer alması diqqət çəkib.

Beləliklə, Dilarə Kazımova Azərbaycan musiqisini beynəlxalq kino layihəsində təmsil edən azərbaycanlı müğənnilərdən biri kimi diqqət çəkib. Onun ifasında səslənən “Dəli” mahnısı filmin dinamik səhnələrindən birində istifadə olunub.

Təxminən 32 milyon dollar büdcəyə malik olduğu bildirilən filmdə səslənən “Dəli” dinamik ritmi ilə seçilir.

Mahnının söz və musiqisi Fidan Alivaya məxsusdur.

Könül
Musavat.com 


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR