İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Tacikistanla qarşılaşır

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Musavat.com fanat.az-a istinadla xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı yığma Bakıda Tacikistan seçməsi ilə qarşılaşacaq.

8-ci km qəsəbə stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmada Roman Jitarinin başçılıq etdiyi moldovalı hakimlər iş başında olacaqlar. 

Qeyd edək ki, bugünkü matç UEFA Millətlər Liqası çərçivəsində Litva və Lixtenşteynlə vacib görüşlərə hazırlıq məqsədi daşıyır. Millimiz sentyabrın 27-də səfərdə Litva ilə üz-üzə gələcək.

Yoxlama oyunu

23 sentyabr

20:00. Azərbaycan – Tacikistan

Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova), Kamranbəy Rəhimov (Azərbaycan).

VAR hakimləri: Abduraşıd Xudoyberganov (Özbəkistan), Kamran Bayramov (Azərbaycan).
Bakı. 8-ci km qəsəbə stadionu. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR