İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

Prezident İlham Əliyev Azərbaycanın heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərmədiyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

"Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik", - deyən dövlətimizin başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik. Prezident, həmçinin vurğulayıb: "Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR