Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Rusiyanın Türkiyədəki səfiri Segey Verşininlə görüşüb.
Musavat.com xəbər verir ki, R. Məmmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, S. Verşinin Azərbaycanın Türkiyədəki səfirliyində olub və R. Məmmədov həmkarına fəaliyyətində uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, Verşinin daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Tunis, Yaxın Şərq və Şimali Afrikada rəsmi nümayəndəsi, Əlcəzairdə səfiri olub.
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ