İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 8 gün iş olmayacaq - HƏMİN TARİXLƏR

2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanları bayramla əlaqədar əlavə istirahət günü gözləmir. Belə ki, sentyabr ayında ölkədə hər hansı rəsmi bayram günü yoxdur və bu səbəbdən bayramla bağlı qeyri-iş günü nəzərdə tutulmayıb.

Musavat.com xəbər verir ki, ay ərzində 6, 13, 20 və 27 sentyabr tarixləri bazar günlərinə düşür. Bu tarixlər beşgünlük iş həftəsi ilə çalışanlar üçün həftəsonu istirahət günləridir.

Altıgünlük iş həftəsi ilə işləyənlər üçün isə sentyabr ayında ümumilikdə 8 qeyri-iş günü olacaq. Onların 4-ü bazar günləri, digər 4 gün isə iş qrafikinə uyğun istirahət günləridir.

Beləliklə, 2026-cı ilin sentyabr ayında əlavə bayram tətili olmayacaq. Ay ərzində istirahət günlərinin sayı iş həftəsinin formasından asılı olaraq müəyyənləşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR