Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün on il çalışsa da, buna nail ola bilməyib. Trampın sözlərinə görə, o, iki ölkə arasında razılaşmalara cəmi iki gün ərzində nail olub. Musavat.com xəbəır verir ki, Nyu-york ştatında Sirakuza şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib. “Ermənistan və Azərbaycan – 32 il. Putin buna inana bilmirdi. O dedi: ‘Mən bu müharibəni həll etməyə on il çalışdım, amma bacarmadım’. Mən bunu iki günə etdim”, – deyə Tramp bildirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Birgə Bəyannamə imzalanıb, sülh sazişinin mətni isə paraflanıb. 2026-cı ilin avqustunda ABŞ, Azərbaycan və Ermənistan tərəfləri bu prosesin birinci ildönümü ilə bağlı birgə bəyanat yayaraq münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişi qeyd ediblər. Bununla belə, Trampın münaqişəni “iki günə həll etməsi” barədə ifadəsi mübahisəli qiymətləndirmədir.Azərbaycan-Ermənistan münaqişəsi onilliklər ərzində formalaşmış tarixi, siyasi və təhlükəsizlik problemlərini əhatə edib. Vaşinqtonda imzalanan bəyannamə və paraflanan saziş mühüm mərhələ olsa da, bunları bütün problemlərin avtomatik həlli kimi təqdim etmək düzgün olmazdı. Ən əsası ona görə ki, Azərbaycan öz torpaqları geri aldıqdan sonra Erməmnistanın sülhdən başqa seçimi qalmamışdı.

Yada salaq ki, oktyabrın 9-da Tramp və Putin arasında telefon danışığı olub. Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakovun açıqlamasına görə, oktyabrın 9-da baş tutan telefon danışığında Putin və Tramp əsasən Ukraynadakı müharibəni, sülh danışıqlarının perspektivlərini və iqtisadi məsələləri müzakirə ediblər.Putin Ukraynanın Rusiyanın şəhərlərinə və seçki məntəqələrinə pilotsuz uçuş aparatları ilə hücumlarının üçtərəfli danışıqların dərhal bərpası imkanını çətinləşdirdiyini bildirib. Kremlin mövqeyinə görə, Moskva Rusiya parlament seçkilərindən sonra Ukrayna ilə danışıqları bərpa etməyə hazır olub, lakin son hadisələr prosesi pozub.Uşakovun sözlərinə görə, tərəflər ABŞ, Rusiya və Ukrayna arasında danışıqların nə vaxt bərpa oluna biləcəyini də müzakirə ediblər. Telefon danışığında iqtisadi təşəbbüslər və Rusiyanın ABŞ-a, eləcə də dünya bazarlarına yanacaq tədarükü məsələsi də gündəmə gəlib.
Məlum olur ki, telefon danışığının Kremlin açıqladığı əsas gündəmi Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq olub. Qarabağ məsələsi ilə bağlı söhbətinin detalları isə Trampın çıxışında səsləndirdiyi fikirlərlə məhdudlaşır.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ