İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu internet provayderlərinin fəaliyyəti dayandırıldı

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, bunlar "Skynet" MMC və "Robonet" MMC-lərdir.

Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.

Xatırladaq ki, "Skynet" 2023-cü ilin aprel ayında, "Robonet" MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.

Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.

Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR