Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda futbol klubu satışa çıxarılıb. Söhbət I Liqada mübarizə aparan "Cəbrayıl"dan gedir.
Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisinin satış qiyməti heç də aşağı deyil.
I Liqada ilk iki mövsümü geridə qoyan "Cəbrayıl"ı almaq istəyən şəxs və ya şirkət 1 milyon manat ödəməlidir.
Başa çatan sezonu 9-cu pillədə başa vuran klubun hazırda iki təsisçisi var – Cavid Hüseynov və Şahin Məmmədov. Onların ikisi də hazırda ayrı-ayrı yerlərə bağlıdır.
Ş.Məmmədov Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan "Zəngəzur"un təsisçisi və baş məşqçisidirsə, C.Hüseynov bugünlərdə "Araz-Naxçıvan"ın sükanı arxasına keçib.
"Cəbrayıl" hazırda sponsorsuz fəaliyyət göstərir. Son olaraq komandaya "Avrora"nın sahibi Ceyhun Abbasov maliyyə dəstəyi verib.
Hər ay kollektivə 1500-2000 manat civarında vəsait ayıran tanınmış iş adamı iyunun ilk günlərindən bəri əlini onların üzərindən çəkib. (sportinfo.az)
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ