İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda təsərrüfat sahələri ilə bağlı mühüm açıqlama

“Azərbaycanda ilk dəfə olaraq torpaq konsolidasiyası tədbirləri həyata keçiriləcək”.

Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir müavini diqqətə çatdırıb ki, Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub:

“Layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır. Proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək”.

Nazir müavini əlavə edib ki, torpaq konsolidasiyası ilə paralel olaraq həmin ərazilərdə təsərrüfatdaxili suvarma şəbəkələri yenilənəcək, torpaq sahələrinin yollara və suvarma infrastrukturuna çıxışı təmin ediləcək.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR