İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla məsələ masada – Paşinyan Mertslə vacib danışıq apardı

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmdə olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığında Ermənistanla Azərbaycan arasında formalaşmış sülh mövzusu da müzakirə edilib. Tərəflər regionda sabit və davamlı sülhün vacibliyini qarşılıqlı şəkildə vurğulayıblar.

Paşinyan və Almaniya kansleri həmçinin Ermənistan–Almaniya ikitərəfli əməkdaşlığının ardıcıl inkişaf perspektivlərinə, eləcə də Ermənistan–Avropa İttifaqı tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərinə toxunublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR