Onlayn ictimai-siyasi qəzet
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın planlaşdırılan 8 Mart tədbiri təxirə salınıb.
Bəzi iddialara görə, yaxın gələcəkdə komitənin ləğv olunacağı ehtimalı səbəbindən tədbir də keçirilməyəcək.
Son günlər bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya digər strukturlarla birləşdirilməsi fonunda ictimaiyyətdə suallar yaranıb. Xatırladaq ki, yaxın günlərdə Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirilmiş və planlaşdırılan tədbir təxirə salınmışdı.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Musavat.com-a açıqlamasında iddiaları təkzib edib: “Bahar xanım beynəlxalq tədbirdə iştirak edəcək. Tədbirin vaxtı yalnız dəyişdirilib, yəni təxirə salınıb. Əlavə şərhə ehtiyac yoxdur”.
Afaq Mirayiq,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ