Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Bakı ilə Moskva arasında münasibətlərdə böhran olmadığını bildirib.
Musavat.com xəbər verir ki, diplomat Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi kursunu davam etdirdiyini vurğulayıb.
Bununla yanaşı, Rəhman Mustafayev Rusiya mediasında Azərbaycanla bağlı formalaşdırılan mənfi informasiya fonunu ciddi problem adlandırıb.
Səfirin sözlərinə görə, Rusiyada azı 96 media qurumu, Telegram və YouTube kanalı Azərbaycanı “dost olmayan dövlət” kimi təqdim edən tezislər yayır.
Rəhman Mustafayev bildirib ki, Bakı Moskvadan bu cür təxribat xarakterli ritorikanın dayandırılması istiqamətində konkret addımlar gözləyir.
“Müttəfiqlik qarşılıqlı fəaliyyəti birtərəfli hərəkət küçəsi deyil”, – deyə səfir vurğulayıb.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ