Onlayn ictimai-siyasi qəzet
Bu gün Bakı-Şamaxı avtomobil yolunda maşın vurması nəticəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
Məlumata görə, həyatını itirən şəxs Şamaxı rayonunun Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Samir Azər oğlu Azərli olub.//Oxu.az
***
Bu gün Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Bildirilib ki, hadisə bu gün saat 14:02-də Bakı-Şamaxı yolunun 22.7-ci kilometrliyində, Bakı istiqamətində qeydə alınıb.
"VAZ-2107" markalı, 99-SL-182 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Anar Hikmət oğlu Cəbrayılov nəqliyyat vasitəsinə nəzarəti itirib və yol kənarında dayanan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
12 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ