İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda uşağın başı stadionun dəmirləri arasında qaldı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR