İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə zəncirvari qəza: 4 nəfər xəsarət aldı

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtobus dayanacağında olan şəxs də daxil olmaqla, 4 nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Opel” və “Chevrolet Trax” markalı minik avtomobilləri yolayrıcında toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Opel” avtobus dayanacağına çırpılaraq orada dayanan kişini vurub. Daha sonra avtomobil yol kənarında dayanmış “Chevrolet Cruze” markalı maşına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində “Opel”in sürücüsü, 1969-cu il təvəllüdlü Nicat Əsgərov, 1992-ci il təvəllüdlü Ramin İbrahimov, 1977-ci il təvəllüdlü Samirə Bağırova və 1944-cü il təvəllüdlü Dilbər Əsgərova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

S.Bağırova və D.Əsgərova “Opel” markalı avtomobildə olublar. R.İbrahimov isə qəza zamanı avtobus dayanacağında dayanarkən xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

qırmızı.jpg (182 KB)

masin 2.jpg (209 KB)

masin.jpg (158 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR