İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının müttəfiqindən gözlənilməz gediş

Azərbaycanın müttəfiqlərindən biri olan Özbəkistan Hindistanla münasibətləri yeni mərhələyə çıxarmağa hazırlaşır. Daşkənd təkcə iqtisadi və ticarət əlaqələrini genişləndirməklə kifayətlənmir, eyni zamanda siyasi, humanitar və mədəni əməkdaşlığın da dərinləşdirilməsinə çalışır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Daşkəndin Hindistanla yaxınlaşmaq üçün ciddi maraqları var: "Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov avqustun 3-də Hindistana səfəri zamanı bu ölkənin prezidenti Draupadi Murmu ilə görüşüb. Görüşdə Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq daha da inkişaf etdiriləcəyi vurğulanıb".

Uzbekistan Foreign Minister Bakhtiyor Saidov met President Droupadi Murmu  at Rashtrapati Bhavan during his four-day official visit to India. Both  leaders discussed expanding bilateral strategic ties, enhancing economic  cooperation, and identifying new

Onun dediyinə görə, razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq:

"İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulub. Hindistan prezidenti iki ölkə arasındakı humanitar əlaqələrin inkişafına dair iki misal çəkib. Birincisi, indiyənə qədər Özbəkistandan olan üç mindən çox rəsmi şəxs və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq təlim proqramlarından və təqaüd təşəbbüslərindən faydalanıb. İkincisi, hazırda Özbəkistanda 16 mindən çox hindli tələbə təhsil alır. Özbəkistanın xarici işlər naziri hindli həmkarı Subrahmanyam Jaishankarla da strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib”.

Onun fikrincə, Hindistanın Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla hərtərəfli əməkdaşlığa ehtiyacı var: “Bu, Hindistanın Mərkəzi Asiyada möhkəmlənməsi üçün əhəmiyyətlidir. Öz növbəsində Özbəkistan Rusiya və Çinlə yanaşı Hindistanla da əməkdaşlığın genişləndirilməsini lazım bilir. Hindistanın baş naziri Narendra Modi və Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşərək, əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı razılaşdırmışdılar. Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Ötən il iki ölkə ticarət mübadiləsi 30 faiz artaraq 1 milyard 300 milyon dollara çatıb. Tərəflər ticarət mübadiləsini 2 milyard dollara çatdırmağı hədəfləyiblər. Hindistan Özbəkistana əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, Özbəkistandan isə meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Son illərdə sürətlə inkişaf edən Özbəkistan Hindistanla ticarəti artırmağı planlaşdırır".

Özbəkistanla Hindistan arasında əlaqələrin dərinləşdirilməsinə dair 20  sənəd imzalanıb - AZƏRTAC

Elxan Şahinoğlunun sözlərinə görə, Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirməsi ölkədə son illərdə həyata keçirilən iqtisadi islahatlarla da bağlıdır.

"Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ölkəsinin inkişaf modeli iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın təşviqinə, investisiya mühitinin yaxşılaşdırılmasına, logistika imkanlarının artırılmasına və rəqəmsallaşmanın genişləndirilməsinə əsaslanıb. Bu siyasətin nəticəsində Özbəkistan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib. Özbəkistan gəlirlərini artırmaqla Mərkəzi Asiyada iqtisadi çəkisini artırıb. Şövkət Mirziyoyev praqmatik siyasət həyata keçirir. Özbəkistan müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı yollarını araşdırır, təkliflər irəli sürür və həmin təklifləri reallaşdırmağa çalışır. Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır",-  politoloq belə şərh edib. 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR