İnsanlara hürriyət, millətlərə istiqlal!

"BakuBus" avtobusu tüstüləndi

Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.

Bu barədə oxu.az-a "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:

"Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR