İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramov-Lavrov görüşündə MÜHÜM MÜZAKİRƏ

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə regional nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib.

Musavat.com xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Hörmüz boğazında yaşanan böhranın uzanmasının "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini kəskin artırdığını bəyan edib; o, Rusiya, Azərbaycan və İranın birgə üçtərəfli layihəsinin böyük nikbinlik doğurduğunu və İran tərəfinin artıq Rəşt-Astar xəttində tikintiyə başlamaq üçün torpaq ayırma prosesini tamamladığını açıqlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə öz növbəsində qeyd edib ki, AZAL faciəsindən sonra bağlanan aviamarşrutlar yenidən bərpa edilə bilər və 2028-ci ilə qədər Azərbaycan dəmir yolları vasitəsilə "Şimal-Cənub" istiqamətində yükdaşıma həcminin 5 milyon tona çatdırılması hədəflənir.

Nazir Bayramov həmçinin Bakının Rusiya və Ukrayna arasındakı silahlı münaqişədən dərin narahatlıq keçirdiyini bildirərək, tərəfləri sülhə çağırıb.

Görüşdə Xəzər dənizinin dayazlaşması problemi də qaldırılıb; Lavrov bu məsələni ilk qaldıranlardan birinin Azərbaycan Prezidenti olduğunu xatırladaraq, dənizin qorunması üçün beşitərəfli tədbirlərin planlaşdırıldığını və Rusiyanın hidroqrafik gəmilərlə mütəmadi monitorinqlər apardığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR