İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ-nin daha bir gəmisi Hörmüzdə hücuma məruz qaldı

Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus daha bir gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, şirkətin açıqlamasını WAM xəbər agentliyi yayıb. Açıqlamaya görə, hadisə 14 avqust axşamı baş verib: "Hücum nəticəsində heç kim xəsarət almayıb və vəziyyət nəzarət altına alınıb". ADNOC dənizçilərin təhlükəsizliyinin, naviqasiya azadlığının və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb və ictimaiyyəti yalnız rəsmi mənbələrdən məlumat almağa və şayiələri və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırıb.

Xatırladaq ki, bir gün əvvəl Hörmüz boğazında iki ADNOC gəmisinə hücum edilib; itki olmayıb. 7 avqustda şirkət bölgədəki münaqişənin başlanğıcından bəri Hörmüz boğazında 15 gəmisinə raket və dron hücumu edildiyini açıqlayıb. Bu hücumlar nəticəsində bir heyət üzvü həlak olub, 20 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR