İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhreyn və Küveyt hədəf alındı — İrandan hava hücumu

İran dronu Bəhreynin Mühərrəq vilayətində yaşayış binasını hədəf alıb.

Musavat.com xəbər verir ki, Bəhreyn polisinin media ofisinin yaydığı rəsmi görüntülərdə bir yaşayış kompleksinin yuxarı mərtəbələrinə ciddi ziyan dəydiyi əks olunub.

İran tərəfi rəsmi bəyanat yayaraq, bazar günü səhər saatlarında həyata keçirilən bu hücumların ABŞ-nin hərbi əməliyyatlarına cavab xarakteri daşıdığını bildirib. Tehrandan verilən açıqlamaya görə, əsas hədəf ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən hərbi bazaları olub.

Baş vermiş hadisə regionda gərginliyi artırıb. Həm Bəhreyn, həm də Küveyt rəhbərliyi müstəqil dövlətlərin ərazilərinə və mülki obyektlərə edilən bu hücumları kəskin şəkildə pisləyiblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR