Onlayn ictimai-siyasi qəzet
BMT-yə qarşı tənqidlərə baxmayaraq, təşkilat humanitar yardımların çatdırılması və böhranların idarə edilməsində mühüm rol oynamağa davam edir.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok "Yüksək Səviyyəli Həftə" ərəfəsində jurnalistlərə deyib.
"Təsəvvür edin ki, BMT olmasaydı, nə Ukraynada, nə də Qəzzada mövcud olan az da olsa yardım mümkün olardı", - Berbok bildirib.
Onun sözlərinə görə, sessiyanın əsas mövzularından biri BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı müzakirələr olacaq.
Berbok qeyd edib ki, bu istiqamətdə illərdir irəliləyişin çətin olduğunu qəbul edir, lakin kiçik də olsa atılan addımlar davam etdirilməlidir.
Ukrayna və Yaxın Şərq münaqişələrinə toxunan sessiya prezidenti vurğulayıb ki, bu barədə nikbindir.
A.Berbok həmçinin əlavə edib ki, Myanmadakı müsəlman azlıqların və digər icmaların üzləşdiyi böhran, həmçinin insan hüquqlarının pozulması BMT Baş Assambleyasının diqqət mərkəzindədir. O, nüvə silahlarının tamamilə ləğvi ilə bağlı keçiriləcək tədbirin beynəlxalq gərginliyin artdığı bir vaxtda daha da əhəmiyyət qazandığını qeyd edib.
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ