İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir vaxtlar ulduz idi - indi isə bu FOTO ilə gündəmi silkələdi

“Selvi Boylum Al Yazmalım” filmində canlandırdığı “Cemşit” obrazı ilə yaddaşlara həkk olunan aktyor Ahmet Mekin 60 ildən artıq davam edən sənət fəaliyyəti ilə türk kinosunun unudulmaz simalarından birinə çevrilib. Aktyorun həyat yolu, yaradıcılığı və 63 il evli qaldığı həyat yoldaşına duyduğu böyük sevgi yenidən gündəmə gəlib.

Musavat.com bildirir ki, Ahmet Mekin canlandırdığı müxtəlif obrazlar və səhnə performansları ilə “Yeşilçam”ın iz qoymuş sənətçiləri sırasında yer alıb.

6 avqust 1932-ci ildə İstanbulda dünyaya gələn Ahmet Mekin sənət fəaliyyətinə teatrla başlayıb. 1957-ci ildə “Mahşere Kadar” filmi ilə kinoya addım atan aktyor karyerası ərzində təxminən 200 ekran əsərində rol alıb. Ahmet Mekinin ən yaddaqalan rollarından biri 1978-ci ildə çəkilən “Selvi Boylum Al Yazmalım” filmindəki “Cemşit” obrazıdır. O, Türkan Şoray və Kadir İnanırın baş rollarını paylaşdığı filmdəki performansı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Ahmet Mekin teatr səhnəsində də mühüm işlərə imza atıb. 1969-cu ildə “İttihat ve Terakki” tamaşasında səhnəyə çıxan sənətçi 1972-ci ildə Dostlar Teatrında nümayiş etdirilən “Abdülcanbaz” tamaşasında da rol alıb. Mekin sonrakı illərdə “Tatar Ramazan”, “Bugünün Saraylısı” və müxtəlif televiziya layihələrində də tamaşaçıların qarşısına çıxıb.

Ahmet Mekin 1992-ci ildə Ankara Beynəlxalq Film Festivalında Ömürlük Nailiyyət Mükafatı alıb.

Mekinin şəxsi həyatında isə həyat yoldaşı Kumral Şükran Sabuncu xüsusi yer tutub. 1957-ci ildə ailə quran cütlük 63 il birlikdə yaşayıb. Mekin həyat yoldaşını 2020-ci ildə itirib.

Aktyor verdiyi müsahibələrdə bu itkinin ona yaşatdığı kədəri dəfələrlə dilə gətirib:

“Qoy heç kim kişilər ağlamaz deməsin, mən ağlayıram”.

yesilcamin-unutulmaz-yuzuydu-i-62452689-5649_1_m.jpg (36 KB)

Yenidən evlənməyi düşünüb-düşünmədiyi barədə sual ünvanlanan Ahmet Mekin həyat yoldaşına olan sevgisini bu sözlərlə ifadə edib:

“Mən onu sonsuz eşqlə sevərkən necə belə bir xəyanət edə bilərəm?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR