İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim İrana hücumdan başqa yolumuz qalmamışdı – Tramp

Vaşinqtonun İrana hücum etməkdən başqa çarəsi qalmamışdı.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu WABC radiosuna verdiyi müsahibədə deyib: "Mənim bunu etməyimin səbəbi bizim başqa çarəniz olmamasıdır. Və mən bunu 100 dəfə təkrarlayardım. Onların nüvə silahı ola bilməz və olmayacaq".

Onun sözlərinə görə, Vaşinqtona dost olan bəzi Yaxın Şərq ölkələri ABŞ və İsrail ilə İran arasında silahlı münaqişədə yarı-neytral mövqe tuturlar: "Bu, hər kəsin təəccübünə səbəb olan şəkildə başlayanda onlar (İran – red.) yarı-neytral ölkələrə raket zərbələri endirməyə başladılar. Onlar Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt, Bəhreynə zərbələr endirdilər".

Tramp iddia edir ki, Tehranla razılığa gəlmək İranın yüksək vəzifəli rəsmilərinin ölümü ilə çətinləşir: "Problemin bir hissəsi ondadır ki, bir çox lider ölüb. Razılaşma əldə etmək asan deyil". Onun sözlərinə görə, administrasiyasının üzvləri kiminlə danışıqlar aparacaqlarını bilmirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR